İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərinin ikitərəfli əlaqələrdə yeni səhifə açdığını bəyan edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan M.Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğulayıb, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd edib və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu