Azərbaycan “Sputnik Azərbaycan” agentliyindən narazılıq etməyib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bütün bu illər ərzində bu mətbuat orqanı fəaliyyət göstərib, onun əməkdaşlarının əksəriyyəti Azərbaycan vətəndaşıdır, orada Rusiya vətəndaşları da olub və Azərbaycan tərəfinin bu media orqanı ilə bağlı nə formada, nə də məzmunda heç bir narazılığı olmayıb”, - o bildirib.
Qeyd edək ki, DİN “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirib və 7 nəfər saxlanılıb. Onlardan iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü