Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.
BUTA.TV xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O deyib ki, 100-ə yaxın ekspertiza təyin edilib və təhqiqatlar davam etdirilir.
“Bu yaxınlarda Azərbaycandan olan ekspertiza nümayəndələri Qazaxıstana ezam olunublar, geniş müzakirələr aparılıb. Ekspertizanın nəticələrinin əldə olunması istiqamətində səylərimiz davam etdirilir”.
O, yaxın zamanda ekspertizanın nətocələrinin açıqlana biləcəyini istisna etməyib.
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü