Moskva bununla Bakıya qarşı “demarş” edir.
BUTA.TV xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı Rusiyada Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, eləcə də iş adamları Yusif Xəlilov və Əhməd Hacıyevin zorakılıqla saxlanılması ilə bağlı görüntüləri şərh edərkən bildirib.
"Bu, Bakı-Moskva xəttində münasibətlərin kəskin mərhələyə keçidi kimi qiymətləndirilə bilər. Çünki tərəflərin qarşılıqlı gedişləri təmasların qurulmasından hələ uzaq olduqlarını göstərir.
Bu mərhələdə Rusiyanın soydaşlarımıza qarşı zorakı addımlarının davam etməsi prosesin gözlənilən tərəfidir. Lakin aqressivləşən Rusiyanın Azərbaycanda təxribat cəhdlərinə qarşı da hazırlıq olmaq lazımdır", - deyə A.Nərimanlı qeyd edib.
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü