Rəsmi Bakı Yekaterinburqda azərbaycanlılara qarşı dövlət səviyyəsində törədilən zorakılığa görə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfərini ləğv edib. Məlumatda deyilir: Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.
Zaxarova baş vermiş hadisə ilə bağlı Azərbaycan tərəfinə “lazımi izahat” verildiyini, “vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu” demişdi. Görünür, Moskvanın “izahatı” Bakıda qəbul edilməyib. Rusiyanın FSB-nin törətdiyi qətlləri “etnik cinayətkar qrupun zərərsizləşdirilməsi” kimi təqdim etməsi də bu “izahat”ın nədən ibarət olduğunu anlamağa imkan verir.
Overçukun səfərinin ləğv edilməsi və Moskvaya “digər rəsmi şəxsin səfərinin heç bir əhəmiyyət daşımadığı”nın çatdırılması ilə Bakı adekvat reaksiya verir. Həm də azərbaycanlılara qarşı törədilmiş zorakılıq qarşısında səssiz qalmayacağını nümayiş etdirir.
Daha öncə Azərbaycan Qarabağ məsələsində qeyri-adekvat mövqe sərgiləyən ABŞ rəsmilərinin - dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Ceyms Obrayen - səfərinə veto qoymuşdu. Yekunda Bayden Administrasiyası Bakının mövqeyini qəbul etməli oldu. İndi eyni addım Rusiya rəsmilərinə qarşı atılır. Daha aqressiv siyasət yürüdən Rusiyanın bu veto qarşısında hansı reaksiyanı verəcəyi qeyri-müəyyəndir, lakin bu, bir məqamı təsdiq edir: Azərbaycan dövləti milli məsələlərdə prinsipial mövqeyindən geri çəkilmir;
Bakı Rusiya rəsmilərinin səfərinə veto qoymaqla Moskvaya aqressiv addımlarının diplomatik münasibətləri çətin vəziyyətə sala biləcəyinin də mesajınə çatdırır.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı