Yekaterinburqda azərbaycanlıların saxlanması ilə bağlı Bakıda mənfi reaksiyaya səbəb olan vəziyyət hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarətindədir.
BUTA.TV xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib .
“Rusiyanın müvəqqəti işlər vəkili Pyotr Volokov Azərbaycan tərəfinə lazımi izahat verib və vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna əmin olublar”, - Zaxarova bildirib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Daha 9 nəfər isə saxlanılıb.
Məlumata görə, 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı