İran-İsrail münaqişəsi həqiqətən də bir müddət dayansa, Yaxın Şərqdə hamı rahat nəfəs alacaq.
Bu sözləri BUTA.TV-a rusiyalı politoloq Yevgeni Mixaylov İsrail-İran müharibəsində atəşkəsin əldə olunması haqda danışarkən deyib.
“Amma gələcəkdə daha böyük qarşıdurmaya hazırlaşacaqlar. Ərəblər əmin oldular ki, amerikalılar verdikləri sözə əməl etmir. Mümkündür ki, Fars körfəzi və Ərəbistan yarımadasındakı bəzi dövlətlər Amerikanın istənilən an hər kəsi, hətta ən yaxın müttəfiqini belə ata biləcəyini başa düşdükdən sonra təkcə Amerika deyil, başqa növ silahlarla yenidən silahlanacaq. Turbulentlik yalnız artır. Yaxın Şərqdə qlobal qarşıdurmanın qarşısını almaq üçün əsas oyunçular bir növ sülh memorandumu imzalamalıdır. Lakin bu, Suriyada, Hindistan və Pakistan arasında, husilər və s. başqa hər hansı bir yerdə alovlanma vəziyyətini istisna etmir. Ümumiyyətlə, İsrailin hərəkətləri regionda tamamilə sabitliyi pozan amildir. İsrail siyasətini dəyişməyincə bu amil sabit qalacaq. Ta ki, İsrail çoxdan BMT-nin ona verdiyi mövqeyi tutana qədər. ABŞ İsraili dəstəkləməyi dayandırsa, sabitlik gələcək”, - o bildirib.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı