İranın dövlət televiziyalarından birində “beynəlxalq məsələlər üzrə ekspert” kimi çıxış edən Xoşçeşm adlı şəxs, İranın Azərbaycana qarşı bir sıra hərbi hücumlar həyata keçirməli olduğunu iddia edib.
BUTA.TV xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Azər Həsrət paylaşım edib.
İranlı ekspert guya Azərbaycanın hava məkanını İsrail döyüş təyyarələrinə açdığını və bu təyyarələrin Təbrizi bombalamaq məqsədilə həmin hava dəhlizindən istifadə etdiyini irəli sürüb.
O, bununla kifayətlənməyərək, İranın digər qonşu ölkələrə də hücum etməli olduğunu bildirib.
Ekspert həmçinin Bəsrə körfəzi hövzəsində yerləşən ərəb ölkələri ilə Azərbaycanın neft obyektlərinin hədəf alınmasını təklif edib.
Onun bu fikirləri Güney Azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi narazılıqla qarşılanıb və geniş etiraz və müzakirə doğurub.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı