Azərbaycanın keçmiş prezidenti, mərhum Əbülfəz Elçibəyin AXC Ali Məclisinin 26 fevral 1993-cü il tarixli sessiyasında İsrail-Azərbaycan münasibətləri haqqında tarixi çıxışı yayılıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı AXP rəhbəri Pənah Hüseyn paylaşım edib.
Çıxışda deyilir:
“…Mən yenə o fikirdə qalıram ki, Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Xalq Hərəkatının, Azərbaycan Xalq Azadlıq ideallarının üçün doğulub, o dağılmaz. Ta Azadlıq hərəkatını başa çatdırmayınca AXC dağılmayacaq. ki, İran inciyəcək, turançılıq belə gəldi və s. Bu yol belə də gedəcək.
Bəzən deyirlər, siyasətlə onu, bunu söyürsünüz. İran belə gəldi, Turan belə getdi. Bəli kim gəlir, gəlsin, danışaq ikilikdə. Görək kim haqlıdır, öyrənək. Misir, İsrail, İran – üçü də bir-biri ilə düşməndir. Amma hamısı Azərbaycanı sevir. İsrailin Moskvadakı səfiri gəlib deyir ki, biz Azərbaycanla olan müttəfiqik. Azərbaycan müstəqil dövlətə gedir. Yaxın şərqdə ən yaxşı dövlət bu olacaq. Varı, intellektual güc var, azadlıq idealına yiyələnib, demokratik yolla gedir, mədəni bir ölkə ilə əlaqə yaradır və s. Azərbaycanın bütün cəmiyyətlərlə müdafiəçiliyi uzaqdan olar. İranın da başqa bir əsası var. İran bilir ki, Azərbaycanla düşmən olmaq İranın parçalanmasını tezləşdirər.
Biz bircə şeyi bilməliyik. Hansı məsələ Azərbaycan millətinin xeyrinədir, onu et lazımdır. Qardaşıq, dostuq, amma siyasət başqa şeydir”.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı