İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu, habelə İsraildəki səfirliyi ölkə vətəndaşlarının qaynar xəttlərə daxil olan müraciətlərini nəzərdən keçirir və zəruri tədbirlər görür:
"Bununla əlaqədar, ilkin olaraq, İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir".
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı