Xəbər verdiyimiz kimi, ötən gün axşam Suriya və Livan sərhədində gərginlik yaşanıb.
BUTA.TV xəbər verir ki, İRNA Livan rəsmilərinə istinadla bildirib ki, Suriyadan Livan ərazisinə keçməyə cəhd edən silahlıların öldürülməsindən sonra Suriya müvəqqəti hökumətinin Müdafiə Nazirliyi Livanın sərhəd bölgələrini artilleriya atəşinə tutmağı əmr edib. Bunun ardınca Suriya ordusu Livan ərazisinə zərbələr endirib. Bu isə sərhəddə gərginliyin yaranmasına səbəb olub.
“Livan Hizbullahı Suriyadakı hadisələrlə özünün hər hansı əlaqəsini inkar edən bəyanatla çıxış etsə də, suriyalı rəsmilərin verdiyi məlumata görə, bir qrup Hizbullah üzvü Xümsün qərbindəki Zeyta bəndi yaxınlığında iki ölkə sərhədində pusqu quraraq, Suriya ordusunun üç silahlısını qaçırıb və Livan ərazisində öldürüb. Suriya silahlıları bu iddiaları səsləndirdikdən sonra bütün lazımi tədbirləri gördüklərini bəyan edib”, - nəşr yazıb.
Bunun əksinə olaraq, Livan mediası üç suriyalı silahlının Livan ərazisinə daxil olmasından sonra qəbilə qüvvələri tərəfindən hədəf alınaraq öldürüldüyünü iddia edib. Livan ordusu 3 Suriya əsgərinin cəsədini Suriyaya daşımaq üçün Qırmızı Xaç Cəmiyyətinə təhvil verdiyini elan edib.
Bununla bağlı Livan Hizbullahının informasiya şöbəsi ikinci dəfə bəyanat yayaraq bildirib ki, bazar günü Livan və Suriya sərhədlərində baş verən hadisələrdə qruplaşmanın hər hansı əlaqəsini qəti şəkildə inkar edir.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı