Rusiya Azərbaycanla Ermənistan arasında heç kimin tərəfini tutmur və mövqeyini dəstəkləmir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Lavrov erməni jurnalistin Rusiya və Azərbaycanın fikirlərinin zaman-zaman üst-üstə düşməməsinə dair sualına cavab verib:
“Bu fikirlə razı deyiləm. Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Biz qardaş xalqlarımızın sülh və qonşuluq şəraitində yaşamasının tərəfdarıyıq. Rusiya Azərbaycan və Ermənistanın zəruri hesab etdiyi qədər prosesdə iştirak edir”.
- Sumqayıtda güclü yağış: 2 qurum hərəkətə keçdi
- Bakıda icra başçıları su basan ərazilərdə - Foto
- Xaçmazda 22 nəfər təhlükəsiz əraziyə təxliyə edildi - Video
- Bu çaylarda suyun səviyyəsi 78 sm artdı
- Yağışla bağlı “102”yə edilən müraciətlərin sayı açıqlandı
- Bakıda bu ərazi yağış sularından təmizlənir - Video
- Bakıda yol çökdü - Foto
- Messi DÇ-2026-da oynayacaq?