Los-Anceles vilayətində baş vermiş meşə yanğınları zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə Baş Konsulluğun qaynar xəttinə məlumat daxil olmayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Vüqar Qurbanov deyib.
O bildirib ki, Baş Konsulluq mütəmadi olaraq Azərbaycan vətəndaşlarının yanğınlar zamanı mümkün xəsarət alması ilə bağlı ABŞ tərəfinə məlumat sorğusu göndərir.
“13.01.2025-ci il tarixində yerli vaxtla səhər 9:30-a (Bakı vaxtı ilə 21:30) olan məlumata əsasən ABŞ tərəfindən Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat daxil olmayıb. Habelə, yanğından təxliyə edilmiş insanlar üçün təsis edilmiş sığınacaqlarda vətəndaşlarımız olarsa və onlara yardım tələb olunarsa, sığınacaqlardan Baş Konsulluğa məlumat verilməsi gözlənilir”,- baş konsul bildirib.
Azərbaycan vətəndaşlarından təcili konsulluq yardımına ehtiyacları olduğu halda +13109234540 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunub.
- Daha bir şirkətin vergi borcu üzə çıxdı
- Nəriman İskəndərov Azərbaycana ekstradisiya ediləcək
- Məzahir Pənahovun maaşı bu qədər artdı
- Kamran Əliyevin maaşı 10490 manat qaldırıldı
- MSK üzvlərinin maaşları artırıldı
- Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırıldı
- Yeni vəzifə maaşları: Baş nazir 17160 manat, nazir isə...
- Qəbiristanlıqlarda mina riski var, diqqətli olun!