Bərpa olunan enerjiyə daha çox sərmayələrin yatırılması çıxış yoludur.
BUTA.TV xəbər verir ki, bunu Maldivin Prezidenti Mohamed Muizzu noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ada dövlətlərinin, şəhərlərin, kəndlərin inkişafı bu məsələ ilə bağlıdır:
“Biz ərazilərimizin bir hissəsini itiririk, hərtərəfli bu məsələyə yanaşmalıyıq. Biz birlik olaraq iqlim dəyişmələri qarşısında müqavimət gücünü yaratmalıyıq. Bərpa olunan enerjilərə daha çox sərmayələrin yatırılmasını çıxış yolu kimi görürük. Bütün planetdə qlobal istiləşmənin 1,5 Selsi temperaturda saxlanılmasına nail ola bilərik. Səylərimizi birləşdirməli, hərəkətə keçməliyik".
Maldiv Prezidenti bildirib ki, COP29 iki əsas nəticəni verməlidir:
“Biz əsasən kəmiyyət məlumatlarını əldə etməli, yeni əməliyyat qaydalarını müəyyən etməliyik. Bununla bağlı Paris Sazişində ayrıca maddə də verilib. Hökumətlər arasında əməkdaşlıq olmalıdır. Hökumətlər inkişaf planlarına töhfə verə bilərlər. Artıq hərəkətə keçməliyik, dünyamızı xilas etməliyik”.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video