Bəşəriyyət ilk dəfə belə bir iqlim böhranı ilə üzləşib. Bu böhrana görə məsuliyyəti də məhz bəşəriyyət daşıyır. Bəzi birliklər şübhəsiz ki, digərlərindən daha çox məsuliyyət daşıyır.
BUTA.TV xəbər verir ki, bu sözləri Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel COP29 Liderlər Sammitində çıxışı zamanı deyib.
Ş.Mişel iqlim dəyişikliyinin dağıdıcı nəticələrinin dünyada getdikcə daha çox müşahidə olunduğunu vurğulayıb.
Onun sözlərinə görə, Paris Sazişinin həyata keçirilməsinin əsasını əməkdaşlıq prinsipi təşkil etməlidir:
“Biz cəsarət və həmrəylik nümayiş etdirməliyik. Siz maliyyə öhdəlikləri çərçivəsində hər il 31 milyard ABŞ dolları ayıran AB-yə güvənə bilərsiniz. Biz G7 ölkələri və sürətlə inkişaf edən iqtisadiyyatlar da daxil olmaqla bütün həmkarlarımızı bizdən nümunə götürməyə çağırırıq”.
O, həmçinin vurğulayıb ki, AB iqlim dəyişiklikləri ilə mübarizədə çoxsəviyyəli yanaşmanı dəstəkləyir. Ş.Mişel qarşıya qoyulan məqsədlərə çatmaq üçün beynəlxalq ticarəti və inkişaf banklarını səfərbər etməyə çağırıb:
“Bədbin proqnozlara baxmayaraq, bir neçə həftə bundan əvvəl Nyu Yorkda “Gələcək naminə pakt” imzaladıq. Ümid edirəm ki, bu Tərəflər Konfransı etimad, dözümlülük və sözlərdən əmələ keçid konfransı olacaq”.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir