Dünyanın ən aparıcı media orqanları Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) birinci günündə əldə olunan ilk böyük uğurdan – karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunmasından yazıb.
BUTA.TV xəbər verir ki, “Faynenşl Tayms” nəşrinin məqaləsində qeyd olunur: “COP29 iqlim sammitində BMT-nin tullantılara dair qaydaları ilə idarə olunan çoxmilyardlıq karbon bazarlarının işə salınması ilə bağlı razılaşma əldə olundu. Ölkələr keçən həftə Donald Trampın seçilməsinə baxmayaraq, gələcəkdə də iqlim dəyişikliyi ilə mübarizənin davam edəcəyini göstərməyə çalışırlar. İlk danışıqlarda əldə edilən irəliləyiş COP29-un karbon emissiyalarını təmsil edən ticarət alətləri üçün qlobal bazarda qaydaları qəbul etməyə təkan verdi.
Karbon ticarəti digər maliyyə növləri üzrə sərt danışıqlar ərəfəsində COP29-a ev sahibliyi edən Azərbaycan üçün qalibiyyətlə, böyük çirkləndiricilərə emissiyalarını azaltmağa kömək etməklə yanaşı, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün ehtiyac duyacağı nağd pulun bir hissəsini toplaya bilər”.
Nüfuzlu Britaniya nəşri karbon data provayderi “Veyt” şirkətinin analitiki Fitri Vulandriyə istinadla yazır ki, bu, COP29-da əməkdaşlıq və tərəqqinin nadir parlaq nöqtəsi idi.
“Röyters” agentliyinin əməkdaşları Virginiya Furnett və Keyt Abnetin müəllifləri olduqları məqalədə qeyd olunur: “İki həftə davam edəcək COP29 iqlim sammitində ölkələr bazar ertəsi günü istixana qazı emissiyalarını azaldan layihələri maliyyələşdirəcək BMT-nin dəstəklədiyi qlobal karbon bazarının işə salınması üçün vacib olan karbon krediti keyfiyyət standartlarına icazə verdilər.
Yaşıl işıq Bakıda, Azərbaycanda BMT-nin konfransının birinci günündə erkən razılaşma ilə yandırıldı. Donald Trampın ABŞ seçkilərində qələbəsi gözləntiləri azaltsa da, hökumətlər iqlim maliyyəsi sazişini imzalamaq niyyətindədir”.
Məqalədə meksikalı iqlimşünas, hazırda “Abatable” şirkətinin məsləhətçisi Xuan Karlos Brunun sözlərinə istinadla qeyd olunur ki, karbon kreditləri nəzəri olaraq ölkələrə və ya şirkətlərə planetin istənilən yerində CO2 emissiyalarını azaldan və ya onu atmosferdən çıxaran layihələr üçün ödəniş etməyə və öz emissiyalarını kompensasiya etmək məqsədilə həmin layihələrin yaratdığı kreditlərdən istifadə etməyə imkan verir.
“Röyters” qeyd edir ki, qlobal karbon bazarlarını dəstəkləyən bir işçi qrupu olan Beynəlxalq Emissiya Ticarət Assosiasiyası BMT-nin dəstəklədiyi bazarda ümumi ticarətin 2030-cu ilə qədər ildə 250 milyard dollar qazana biləcəyini və hər il 5 milyard metrik ton karbon hasilatını azalda biləcəyini vurğulayıb.
“Blumberq” agentliyinin müxbiri Con Eyngerin müəllifi olduğu materialda qeyd olunur ki, iqlim müzakirəçiləri COP29 iqlim sammitinin birinci günündə Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan qlobal karbon bazarı üçün qaydaları razılaşdırmaqla irəliləyişə nail oldular. Məqalədə vurğulanır: “Tərəfdarlar iddia edirlər ki, yeni bazar emissiya ticarəti üzrə “qızıl standart” təşkil edəcək, inkişaf etməkdə olan dünyada emissiyaların azaldılması layihələri üçün milyardlarla maliyyənin önünü açacaq. Əsasən varlı ölkələrdə olan alıcılar çirklənməni azaldan layihələrdən kredit almaqla öz iqlim məqsədlərinə çata biləcəklər.
2015-ci il Paris Sazişi çərçivəsində ilkin təkliflərdən sonra “Maddə 6.4” adlandırılan qaydalar, ölkələrin BMT-nin idarə etdiyi bazar vasitəsilə karbon kreditləri ilə necə ticarət etmələrini şərtləndirir.
“Qardian” bu mühüm razılaşma ilə əlaqədar dərc etdiyi məqalədə COP29-un Prezidenti Muxtar Babayevin sözlərini sitat gətirir: “Biz bu müsbət məqamı alqışlayırıq. Bu, Bakıda aparacağımız bütün müzakirələrimizin uğuru üçün kompromis ruhudur. Karbon bazarları iqlim siyasətində qütbləşdirici qüvvədir. Bu konsensusun tərəfdarları bildirirlər ki, o, planetin xilası üçün mühüm fondların yönəldilməsinə kömək edəcək. Karbon bazarı qaydalarına dair razılığa gəlmək səyləri - COP jarqonunda 6-cı maddə kimi tanınır”.
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır
- Quterreş Bakıdan səsləndi: Razılaşma əldə etməliyik!
- Libbi Bakıdan mesaj verdi, İrəvan təkzib etdi. Niyə?