Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
BUTA.TV xəbər verir ki, bu dəfə COP29 tədbiri çərçivəsində paytaxtda giriş-çıxış və ictimai nəqliyyatın hərəkətinin necə tənzimlənəcəyi barədə məlumat verilib. Bildirilib ki, "Koroğlu" stansiyasının ətrafından, konkret olaraq "Piramida" adlanan ərazidən 163, 184 və 214 nömrəli marşrut xətləri fəaliyyət göstərəcək. "Koroğlu" stansiyasına gələn 12 marşrut xətti "Ulduz" istiqamətinə, digərləri isə "Qara Qarayev" və başqa istiqamətlərə yönləndiriləcək.
Diqqətə çatdırılıb ki, şimal tərəfdən şəhərə daxil olanların Avtovağzal istiqamətinə yönəlmələri tövsiyə olunur. Oradan isə həm metro, həm də 27 marşrut xətti üzrə şəhərə daxil ola bilərlər. Avtomobillə şəhərə gələnlər isə postlardan keçəcəklər.
Postlardan biri Bakı-Salyan yolunun 14-cü kilometrliyində, Şıxov istiqamətində, Lökbatan dairəsində qurulacaq. Nəqliyyatın axını Kənar Dairəvi yola yönləndiriləcək.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Əlavə olunub ki, Badamdar girişi sərbəst, Yasamal və Şamaxinka istiqamətində giriş isə fasilələrlə olacaq.
Ətraflı süjetdə:
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi