Yaşıl zonanın ümumi ərazisi 37,500 kvadratmetrdir. Bu ərazidə 56 pavilyon mövcuddur.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə COP29 Əməliyyat Şirkətinin Tərəfdaşlarla əlaqələr sektorunun rəhbəri Leyla Mahmudova deyib.
O qeyd edib ki, bundan başqa Yaşıl Zonada 4 konfrans otağı mövcuddur.
"Yaşıl zonanın əsas sakinləri xarici və yerli şirkətlər, QHT-lər, media və gənc qrupudur. Ayın 11-dən artıq Yaşıl Zona fəaliyyətə başlayacaq. Bu zonaya giriş tam açıq və sərbəstdir. Burada gündəlik proqramlar mövcud olacaq.
Mavi Zonada yerləşən Azərbaycan pavilyonunun əsas məzmunu Azərbaycanın dayanıqlıq mövzusunda gördüyü işlər və layihələr haqqındadır. Həmçinin, bu pavilyonda iki konfrans otağı olacaq", - deyə o bildirib.
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol
- Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - Foto
- Sabah yağış yağacaq
- Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı
- Ötən həftə 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib - FHN
- 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Sədr
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu