“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənib.
Beləliklə, aşağıdakı qurumlar AZCON-un idarəetməsinə verilir:
1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
4. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
5. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
6. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti
7. Bakı Gəmiqayırma Zavodu
8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:
8.1. “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs
8.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.5. “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.6. “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi
9. Bu Siyahının 1–8-ci hissələrində nəzərdə tutulan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələr.
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi