Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsində “Sualtı hücum xüsusi təyinatlı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş etdirilib. Məlumata görə, tədbirdə iştirak edən birinci dərəcəli kapitan Teymur Mürşüdov kursu müvəffəqiyyətlə bitirənləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
"Sonra Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel çıxış edərək peşəkar təlimatçıların da cəlb olunması ilə keçirilən kursun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulduqdan sonra kursantlara sertifikatlar təqdim olunub. Kursda fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı fəxri fərman, döş nişanları və qiymətli hədiyyələrlə mükafatlandırılıb", - məlumatda qeyd olunub.
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol
- Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - Foto
- Sabah yağış yağacaq
- Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı
- Ötən həftə 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib - FHN
- 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Sədr
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu