Xəbər verdiyimiz kimi, Prezident 5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, onlardan biri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini Azər Aydın oğlu Məmmədovdur.
General rütbəsi verilən Gündüz Əliş oğlu Əbdülov isə Azərbaycan Milli Müdafiə Universitetinin rektorudur. O, bundan əvvəl TƏBİB-in Aparat rəhbəri, daha sonra isə Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri vəzifələrində çalışıb.
Ali hərbi rütbə verilən Ələkbər Məhəmməd oğlu Cahangirov isə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanıdır. O, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır.
Azər Əlövsət oğlu Qasımov da Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edir. O, İkinci Qarabağ müharibəsində iştirak edib.
Adıçəkilən şəxslərlə yanaşı, ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə də general-mayor ali hərbi rütbəsi verilib.
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol
- Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - Foto
- Sabah yağış yağacaq
- Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı
- Ötən həftə 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib - FHN
- 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Sədr
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu