Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Torpaq icarəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
- Sabah Bakıda bu yollar bağlı olacaq
- Ər-arvad bir-birlərinə mənəvi zərər iddiası qaldıra biləcək
- Bu rayonlara qar yağdı
- Azərbaycan Ermənistana 4500 ton dizel göndərir
- Yevlaxda kafedə partlayış: ölən var
- Leyla Əliyeva şəhid baş gizirin ailəsini ziyarət etdi - Foto
- Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü - Foto
- AMEA Mehdiyevi yenə xaric etmədi: təsdiq gözləyirlər