8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də silsilə tədbirlər keçirir. II Qarabağ müharibəsi iştirakçılarının mükafatlandırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsində xüsusi mərasim gerçəkləşib. Mükafatlandırma mərasimində 32 vətən müharibəsi iştirakçısına qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.
BUTA.TV xəbər verir ki, tədbirdə çıxış edən ADSEA-nın nümayəndələri və idarənin rəisi Samir Cəbrayılov qeyd ediblər ki, Azərbaycanın müstəqilliyi naminə vuruşan hər əsgər, qazi, vətən müharibəsi döyüşçüsü hər zaman ADSEA rəhbərliyi tərəfindən qürurla anılır və diqqətdə saxlanılır.
İdarənin əməkdaşları olan qazilər də çıxışlarında onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər. Vətənin inkişafı və parlaq gələcək naminə bundan sonra da səylə fəaliyyət göstərəcəklərini vurğulayıblar.
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol
- Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - Foto
- Sabah yağış yağacaq
- Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı
- Ötən həftə 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib - FHN
- 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Sədr
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu