Yardımlı rayonunda mağazalardan 4500 manat dəyərində oğurluq edən şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, Yardımlı şəhəri ərazisində yerləşən bir market və bir geyim mağazasından gecə saatlarında ümumilikdə 4500 manat dəyərində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 53 yaşlı İlqar Məmmədov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, İ.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
- Ər-arvad bir-birlərinə mənəvi zərər iddiası qaldıra biləcək
- Bu rayonlara qar yağdı
- Ağalı "Model Kəndlər Şəbəkəsinə" daxil edildi - Foto
- Azərbaycan Ermənistana 4500 ton dizel göndərir
- Yevlaxda kafedə partlayış: ölən var
- Leyla Əliyeva şəhid baş gizirin ailəsini ziyarət etdi - Foto
- Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü - Foto
- AMEA Mehdiyevi yenə xaric etmədi: təsdiq gözləyirlər