Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov İraqın Kərkük mühafəzəsindən olan deputat Ərşad Salehi ilə regionda ortaq fəaliyyəti müzakirə edib, daha sonra sözügedən bölgədə Məhəmməd Füzuli adına məktəbin açılışında iştirak edib.
BUTA.TV xəbər verir ki, İraq Türkman Cəbhəsi Partiyasından olan millət vəkili sosial şəbəkədə yazıb.
“Azərbaycanın Bağdaddakı səfiri dəyərli Nəsir bəyi Kərkükdə qəbul etdik. Can Azərbaycanımızla Türkmaneli bölgəmiz arasında edə biləcəyimiz ortaq fəaliyyətlərimizdən danışdıq”, – iraqlı siyasətçi qeyd edib.
Eyni zamanda, azərbaycanlı səfir sosial şəbəkədə Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış mərasimində iştirak etdiyini bildirib.
“M.Füzuli adına ibtidai məktəbdə Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri görülmüşdür”, – o xatırladıb.
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi
- Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - Foto
- Azərbaycanda orta aylıq əmək haqqı artdı
- Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi