COP29 konfransına hazırlıq prosesi çərçivəsində noyabrın 3-də nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər aparılıb.
COP29 Azərbaycan Əməliyyat Şirkətindən BUTA.TV-a bildirilib ki, COP29 konfransı keçiriləcək günlərdə şəhər nəqliyyat proseslərinin səmərəli təşkilinin təmin edilməsi məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılan monitorinqlər saat 11:00-da başlayaraq saat 13:10-dək davam edib. Monitorinqlər əsasən paytaxtın Heydər Əliyev prospekti Zağulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, eləcə də Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dənizkənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov küçələri, həmçinin qismən İstiqlaliyyət küçəsini əhatə edib, sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə qismən məhdudiyyətlər tətbiq edilib.
Xatırladaq ki, cari ay ərzində baş tutan nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsöndürmə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilib.
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou