Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

13:02 - 2 Noyabr 2024 - GÜNDƏM

 Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

Xəbər verdiyimiz kimi, Rasim İldırım jurnalist “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

BUTA.TV xəbər verir ki, Rasim İldırım uzun müddət daxili işlər orqanlarında çalışıb, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini olub, polis polkovnikidir. Onun karyerasının bitməsinə səbəb keçmiş Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevlə görüşərək, onun itən qardaşı haqda danışması idi.

Elşad Abdullayev o görüşün gizli görüntüsünü hadisədən 10 il sonra yaymışdı. Videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.

Rasim İldırım məşhur jurnalist Əli İldırımoğlunun oğlu, hazırda pensiyada olan məşhur prokuror Yusif İldırımzadınin və “Əmrahbank”ın təsisçisi Yunus İldırımzadənin qardaşıdır.

Yusif İldırımzadə həmçinin general-polkovnik, DİN-in sabiq rəhbəri Ramil Usubovla qudadır.

Zaur Mirzəzadə isə bundan öncə də həbs edilmişdi. 2022-ci ildə külli miqdarda dələduzluq işi üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesində Z.Mirzəzadə 5 il azadlıqdan məhrumedilmə cəzası almış, məhkəmə zalındaca həbs edilmişdi.

Xatırladaq ki, Rasim Əli oğlu İldırım bu ilin mart ayında mülki hüquq pozuntuları ilə əlaqədar Bəhruz Əfruz oğlu Məmmədov tərəfindən məhkəməyə verilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol