Qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik sosial layihə müsabiqəsinin final mərhələsi baş tutub. Layihələrin dəyərləndirilməsi zamanı münsiflər heyəti dayanıqlı, daha geniş sosial kütlələrə faydalı olan, eləcə də rəqəmsal inklüzivliyin təşviqinə, texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə töhfə verən layihələrə üstünlük verib.
BUTA.TV xəbər verir ki, müsabiqəyə təqdim edilən 30-dan çox layihədən seçim şərtlərini ən yaxşı əks etdirən 5 layihə finala vəsiqə qazanıb.
Təqdim olunan layihələr əsasən sahibkarlıq, təhsil və iqtisadi səlahiyyətlərin artırılması istiqamətlərini əhatə edirdi. Final mərhələsində iştirak edən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri münsiflər heyəti qarşısında layihələrinin əhəmiyyəti haqqında danışıb.
Münsiflər heyətinin yekdil qərarı ilə dörd layihə qalib elan edilib.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Müsabiqənin qalibləri :
· “Huma Quşu” Təhsilə Yardım Fondunun “Aztəminatlı ailələrdən olan istedadlı gənc qadınların bakalavr, magistr və PhD səviyyəsində STEM təhsilinə dəstək” proqramı;
· Şəki şəhərində fəaliyyət göstərən “Balans” İMİB-in “Qadın və biznes – Qadınların sahibkarlıq fəaliyyətinə dair biliklərinin təkmilləşdirilməsi üçün praktiki təcrübə proqramı”;
· “Məhkum qadınların ictimaiyyətə qayıdışı İB”in “Məhkum Sahibkar Qadın İcmaları”nın yaradılması layihəsi;
· “Alternativ Kommunikasiya və Tədqiqatlar İB”in kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması üçün nəzərdə tutulmuş “FarmHER” layihəsi oldu.
Ümumilikdə layihələrin həyata keçirilməsi üçün “Azercell” 30.000 AZN dəyərində qrant ayırdı.
Layihələrin qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə müsabiqəyə təqdim olunan təkliflər bu sahə üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirildi.
“Azercell” bütün iştirakçılara müsabiqəyə göstərdikləri maraq üçün təşəkkür edir, qaliblərə isə layihələrinin həyata keçirilməsində uğurlar arzu edir!
Final mərhələsi haqqında video ilə tanış olmaq üçün:
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar