Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bu barədə BUTA.TV-a Nazirlər Kabinetindən məlumat verilib.
Azərbaycan İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacib məsələlərdən biri olan aqrar sığorta sistemi, Aqrar Sığorta Fondunun fəaliyyəti, fermerlərin aqrar sığorta risklərinin idarə edilməsi, sığorta qanunvericiliyi, tənzimləmə və nəzarət, aqrar sığorta sxeminin konseptual əsaslarının (modelin) təkmilləşdirilməsi məsələsi yer alıb.
İkinci məsələ kimi işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasında Qarabağ Dirçəliş Fondunun rolu, Fondun inkişafının və dayanıqlığının artırılması məqsədilə vəsaitlərdən səmərəli istifadə, investisiyaların idarə olunması və investisiya gəlirlərinin artırılması və üçüncü məsələdə əmək bazarının inkişafı üzrə mövcud vəziyyət, əmək və məşğulluq sahəsində əsas islahatlar, rəqəmsallaşma və çağırışlar, əmək bazarında demoqrafik meyllər, qeyri-formal məşğulluğun aradan qaldırılması və digər cari məsələlər ətraflı müzakirə olunub.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Gündəlikdə olan məsələlər üzrə Mərkəzi Bankın sədri Taleh Kazımovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin məruzələri dinlənilib.
İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov da aqrar sığorta sistemi ilə bağlı çıxış edib.
Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar