2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar bu il ölkəmizin bütün bölgələrində mütəmadi olaraq kütləvi ağacəkmə aksiyaları təşkil edilib və bu zaman yüz minlərlə yeni ağac və kollar əkilib.
BUTA.TV xəbər verir ki, rayonun simasının daha da gözəlləşməsinə, ekoloji mühitin yaxşılaşmasına səbəb olan bu aksiyalar şərçivəsində Xətai rayonunun müxtəlif yerlərində- park və istirahət bağlarında, prospekt və küçələrin kənarında yerli iqlimə uyğun ağaclar, kollar və güllər əkilib və bu işlər davam etdirilir. Aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
İqlim şəraitinə uyğun olaraq seçilmiş yeni əkilən ağac və kollara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülür.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...