Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Mərakeşə işgüzar səfəri davam edir.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan general-polkovnik Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
Müxtəlif dövlət rəsmiləri və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Mərakeş Krallığının hökumət başçısı və digər rəsmilər çıxış ediblər.
Çıxışlardan sonra "Mərakeş Aviaşou 2024" sərgisi ziyarət olunub.
General-polkovnik Z.Həsənov dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika və kosmik sənaye innovasiyaları ilə tanış olub.
Noyabrın 2-dək davam edəcək sərgi çərçivəsində müdafiə sənayesindəki texnoloji yeniliklər, davamlı strategiyanın inkişaf etdirilməsi, pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi və digər mövzularda panel müzakirələri aparılacaq.
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı