8 noyabr - Zəfər günü əfv sərəncamı ilə bağlı gözləntiləri müsbət qiymətləndirmirəm.
BUTA.TV xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında Əfv məsələləri komissiyasının üzü Əliməmməd Nuriyev deyib.
Komissiya üzvü bunun səbəbini əfv sərəncamının may ayında imzalanması ilə əlaqələndirib:
"Sərəncamın imzalanmasının üstündən az vaxt keçib. Bu qısa müddətdə yeni bir sərəncamın imzalanması ehtimalını müsbət qiymətləndirmirəm. Digər tərəfdən, komissiyaların iclasları da keçirilməyib. Bu da qarşıdakı günlərdə növbəti əfv sərəncamının imzalanması ehtimalını azldır".
Əliməmməd Nuriyev bildirib ki, Konistitusiyaya görə, əfv etmək Prezidentin müstəsna hüququdur:
"Prezidentin hətta istəlinən zaman Əfv komissiyalarının iclasları keçirilmədən də onu həyata keçirtmək hüququ vardır. Nəzərə alsaq ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı genişmiqyaslı bir fəaliyyət proqramı işlənilir. Bütün dövlət qurumları, vəzifəli şəxslər prosesdə iştirak edirlər".
- "Nar" mobil rabitə təlimlərinə davam edir!
- "Uşaq Qaynar Xətti"nə 500-ə yaxın zəng daxil oldu
- Türkiyə COP29-da iqlim strategiyasını açıqlayacaq
- Mehriban Əliyeva uşaq bağçasının açılışını etdi - Foto
- Marşrut avtobusları ilə bağlı mühüm xəbər: 4 noyabrdan...
- COP29-da iştirak üçün 50 min şəxs qeydiyyatdan keçdi
- İlham Əliyev Sançezə başsağlığı verdi
- Təşkilat Komitəsinin səkkizinci iclası keçirildi