Gürcüstan DİN təsdiqlədi: İsgəndərov həbs olundu

11:54 - 31 Oktyabr 2024 - GÜNDƏM

 Gürcüstan DİN təsdiqlədi: İsgəndərov həbs olundu

Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində parlament seçkilərində səsvermə zamanı topa bülletenlərin atılması ilə bağlı polis iki nəfəri saxlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin məntəqədə səsvermə köhnə üsulla keçirilib və bülletenləri xüsusi hesablayıcı aparata deyil, qutuya atıblar:

“Hadisədən sonra Gürcüstan Mərkəzi Seçki Komissiyasının dairə komissiyası səsvermə prosesini dayandırıb və seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib. Kvemo-Kartli polisi 40 və 34 yaşlı iki nəfəri saxlayıb. İstintaq müəyyən edib ki, oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı təqsirləndirilən şəxslər qanun pozuntusu edərək Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində seçki qutusuna topa bülletenlər atıblar. Hər iki şəxsi 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”.

Qeyd edək ki, Marneuli Bələdiyyə Məclisinin sədr müavini, Gürcü Arzusu Partiyasından olan Rövşən İsgəndərovun bir neçə bülleteni Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində seçki qutusuna atdığı anı əks etdirən video sosial şəbəkədə yayılmışdı. Bundan sonra onun həbs edildiyi açıqlansa da, DİN rəsmi açıqlama verməmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol