Ölkəmizə yeni təcili yardım avtomobilləri gətirildi

Ölkəmizə yeni təcili yardım avtomobilləri gətirildi

Tarix: Siyasət

Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətirilib.

BUTA.TV xəbər verir ki, sözügedən maşınlar bu gün Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən mediaturda nümayiş olunub.

Bildirilib ki, 2024-cü il istehsalı ambulanslar sürətli şarj olunma qabiliyyəti, həyəcan işıqlanma siqnalları sistemi, tibbi təyinatlı cihaz, avadanlıqlarla təchizat üçün funksionallıq, eləcə də arakəsmə və dolablarla təchiz edilmə kimi xüsusiyyətlərə malikdir.