Bakının müxtəlif əraziləri, eyni zamanda Sumqayıtda Tamstore marketlər şəbəkəsi işə qəbul üçün açıq qapı elan edib. Açıq qapı zamanı müraciətçilərlə yerində müsahibə edilib, işə qəbulla bağlı məlumat veriləcək.
Qeyd edək ki, işə qəbul prosesində baş satıcı, baş kassir, qəssab, qastronomçu, satıcı, kassir, fəhlə, təhlükəsizlik əməkdaşı və paketləyici vakansiyaları üzrə dəyərləndirmələr aparılacaq. Karyerasını pərakəndə sektorunda qurmaq və ya davam etdirmək istəyənlər 4 noyabr 2024-cü il tarixində saat 10:00-dan 17:00-dək Tamstore karyera mərkəzinə (Nərimanov rayonu, Aşıq Molla Cümə 45D) yaxınlaşa bilərlər.
Tamstore marketlər şəbəkəsinə işə qəbul olunan şəxslər qanunvericiliyə uyğun 8 saatlıq növbəli iş qrafiki, bazar rəqabətli əməkhaqqı və naharla təmin ediləcəklər. Məlumat üçün bildirək ki, vakansiyalar üzrə işə qəbul olunmaq üçün təcrübə tələb olunmur.
Karyerasını qurmaq və inkişaf etdirmək istəyənlər üçün “Tamstore” tam işləmək istədiyiniz yer olacaq! Müsahibəyə gələrkən şəxsiyyət vəsiqəsi və bəy namizədlər üçün hərbi biletin təqdim edilməsi vacibdir.
Əlaqə nömrələri:
(099) 200 65 25,
(099) 200 15 72.
- "Sahil" metrosu qarşısında böyük izdiham - Foto
- Ölkədə milli standartlaşdırma ilə bağlı yeni proqram
- Sabah Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- "8-ci km bazarı"nın sökülməsi barədə yayılan xəbərlərə rəsmi münasibət
- Ötən gün quraşdırılan işıqfor bu gün xarab oldu - Video
- Mingəçevirdə su təchizatı yenilənir - Video
- Mingəçevirdə su təchizatı yenidən qurulur - Video
- Ölkəmizə yeni təcili yardım avtomobilləri gətirildi