Azərbaycanla ticarət dövriyyəsini 8 milyarddan 15 milyard dollara çatdırmaqda qərarlıyıq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə keçirilən qəbulda deyib.
O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan bir qardaşlıq var:
"Qlobal sistemin Cənubi Qafqazda da təmin edə bilmədiyi ədaləti Azərbaycan öz gücü hesabına təmin edib. Hər kəs bilməlidir ki, bölgədə təsis ediləcək sülhdən sadəcə region yox, bütün dünya fayda götürəcək. Türkiyə bu yolda daima Azərbaycanın yanında olacaq və heç bir güc bu dostluğu parçalamaq imkanına sahib olmayacaq. Türkiyə Qarabağa qayıdışın təmin edilməsi yolunda tam dəstək göstərir və öhdəliyinə götürdüyü tikinti işləri ilə bu prosesə töhfə verir".
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Səfir COP29-da da Azərbaycana dəstək göstərəcəklərini bildirib:
"COP29-un Azərbaycanı daha da gücləndirəcək bir konfrans olacağını düşünürük və çox yüksək səviyyədə iştirak edəcəyimizi bildirmək istəyirəm".
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...