Sabah Bakının Xəzər rayonun Albalılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Azərişıq ASC-dən BUTA.TV-a verilən məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video