Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölkəmizdə 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib.
BUTA.TV xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin kollektivinin iştirak etdiyi aksiya Abşeron rayonunda yerləşən “İzotop” xüsusi kombinatının ərazisində təşkil olunub.
Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.
Ağacəkmə aksiyasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən eldar şamı, çinar və zeytun ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...