25 oktyabr 2024-cü il tarixdə “Quba Şahdağ” otelində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı, “MÜSİAD Azərbaycan”, “Founder Club” və “Quba İş Adamlarına Dəstək” platformasının təşkilatçılığı ilə rayon sahibkarları ilə görüş keçirilmiş, tədbir zamanı "Quba İş Adamlarına Dəstək" platformasının təqdimatı da olmuşdur.
Görüşdə yüzdən çox sahibkar, çoxlu sayda qonaqlar və eləcə də, iştirakçı qatılıb. Görüşün əsas məqsədi sahibkarların əlaqələrinin genişləndirilməsi, bölgədə iqtisadi tərəqqini dəstəkləməklə sahibkarlığın inkişafına töhfə verməklə yanaşı, ticarətin artırlması, investisiyaların cəlb olunmasıdır.
Qeyd edək ki, bir müddət əvvəl QİAD rəhbərliyi Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və bərabərindəki heyətlə görüşüb. Görüş zamanı "QİAD"-ın strateji hədəfləri, məqsədləri, gələcək planları haqqında RİH başçısına məlumat verilmişdi.
Bütün bunlarala yanaşı QİAD İdarə Heyəti RİH başçısı ilə regionda fəaliyyət göstərən sahibkarları dəstəkləyərək onların inkişafına təkan, regionlardakı iqtisadi tərəqqiyə töhfə vermək, dayanıqlı və rəqabət qabiliyyətli iş mühitinin formalaşdırılması məqsədilə görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar. Görüş zaman QİAD bölgəyə investisiyaların cəlb olunmasının qurumun qarşısında duran vacib prioritetlərdən biri olduğu bildirib.
Onu da qeyd edək ki, tədbirdə "QİAD" İdarə Heyətinin sədri Cabbar Heybətov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, millət vəkili Əlibala Məhərrəmzadə, Türkiyənin Azərbaycandakı səfirliyində ticarət baş müşaviri Yakup Sefer, "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" İdarə Heyətinin sədr müavini Samir Hümbətov, "Azərbaycan Sahibkarlar Konfederasiyası" prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə, "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İdarə Heyətinin sədri Səkinə Babayeva, "MÜSİAD Azərbaycan" İdarə Heyətinin sədri Rəşad Cabirli, "Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının" İdarə Heyətinin üzvü Qüdrət Hacıyev çıxış ediblər.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto


















