Başqasına məxsus bank kartından pul çıxarıb “bilmədim” deyənlər bilməlidir: İtirilmiş, hardasa unudulan başqa şəxslərə məxsus bank kartlarından istifadə etməklə ödəniş və digər əməliyyatların aparılması qadağandır.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
“Başqasına məxsus kart hesabında olan vəsaitin hansısa formada sahibindən icazəsiz, gizli ələ keçirilməsi müvafiq məsuliyyət yaradır. Vətəndaşın tapdığı bank kartı ilə bağlı 102 Zəng Mərkəzinə, yaxud aidiyyəti üzrə məlumat verməsi onu məsuliyyətdən azad edir”, - E.Hacıyev qeyd edib.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto