Obyektin nə qədər sahəsinin zərər gördüyü ilə bağlı işlər davam edir. Təqribən ümumi sahəsi 2 min kvadratmetr olan obyektin 600-700 kvadratmetrlik dam örtüyündə yanğın baş verib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
Əldə etdiyimiz məlumata görə, yanğın "Astoria" otelin dam örtüyündə başlayıb.
Qeyd edək ki, bu gün axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində güclü yanğın hadisəsi baş verib. Bu səbəbdən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğın qısa müddətdə söndürülüb.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto