Baş DYP İdarəsinin Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən stasionar postunun müvəqqəti saxlanma duracağından yük maşınını qaçıran sürücü həbs edilib.
“BUTA.TV” xəbər verir ki, hadisə oktyabrın 22-si baş verib.
Yol polisi 1997-ci il təvəllüdlü Ağcabədi sakini S.İmanovun sürdüyü “Hovo” markalı yük avtomobilini saxlayıb. Avtomobilin üzərində 5 min manatdan çox ödənilməmiş cərimənin olması, daşıdığı yükün normadan artıq olması məlum olub. Bundan sonra yük maşını duracağa yerləşdirilib.
Lakin sürücü 1 gün sonra yaxınlaşaraq icazəsiz olaraq yük maşınını oradan sürərək uzaqlaşıb. O, həmçinin yükün təxminən 2 tonunu yol kənarındakı restoranın həyətinə boşaldıb. Bundan xəbər tutan yol polisləri onu saxlamağa çalışıb. S.İmanov yolunu dəyişərək Sabirabad istiqamətinə hərəkət edib, ancaq Sabirabaddakı postda onu saxlamaq mümkün olub.
Saxlanılan şəxs barəsində inzibati protokol tərtib edilib və Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə ona 15 sutka həbs cəzası verilib.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto