İranın İsrail ərazisinə raket hücumları zamanı MOSSAD qərargahı ziyan çəkməyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Axios” mənbəyə istinadla məlumatb yayıb.
Nəşrin məlumatına görə, İranın bir çox raketi İsrail və ABŞ hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Bir sıra raketlər də əsasən ölkənin cənubundakı hava qüvvələri bazası, Təl-Əvivin şimalında hərbi kəşfiyyat bazası və MOSSAD qərargahının yaxınlığında açıq ərazilərə düşüb:
“MOSSAD-ın qərargahına onlarla raket atılıb, lakin onların heç biri binaya dəyməyib”.
Qeyd edək ki, İraqın “Əl-Nəcbə” telekanalı yaydığı məlumatda İranın raket zərbəsi nəticəsində MOSSAD-ın qərargahının tamamilə məhv edildiyini bildirmişdi.
- Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto
- Zakir Fərəcov idarə rəisini vəzifəsindən azad etdi
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...