Rayonlarda iş yerlərinin azlığı paytaxta kütləvi köçlə müşahidə olunur. Son illər Bakıətrafı qəsəbələrdə əhalinin sayının təxminən 3 dəfə artması paytaxtda iş yerlərinin çoxalması ilə izah edilir.
Qeyd edək ki, bu tendensiya təkcə Bakı və Bakıətrafı qəsəbələr üçün xarakterik deyil. Sumqayıt şəhərinin inzibati ərazisinə daxil olan qəsəbələrdə - yarımadanın əhalisinin sıxlığı ilə seçilən Saray, Ceyranbatan və Novxanı qəsəbələrində də bu sıxlıq ciddi dərəcədə nəzərə çarpmaqdadır. Paytaxtda və Bakıya yaxın ərazilərdə torpağın, o cümlədən evlərin qiymətinin baha olması rayonlardan gələn əhalini mərkəzdən nisbətən uzaq qəsəbələrə üz tutmağa sövq edir. Son bir neçə ildə Ramana, Binə və Xırdalan kimi ərazilərdə evlərin intensiv tikilməsi də bunu sübut edir.
Amma bu yaşayış massivlərindən fərqli olaraq, yarımadanın 3 yaşayış massivində - Saray, Ceyranbatan və Novxanı qəsəbələrində son vaxtlar torpaq alıb ev tikmək sözün əsl mənasında müşkülə çevrilib. Sözügedən qəsəbələrdə torpaq və əmlak satışlarında ciddi bahalaşma ilə paralel olaraq, bəzi bürokratik əngəllər də mövcuddur. Novxanı ərazisində istirahət mərkəzlərinin intensiv artımı, Ceyranbatanda isə kütləvi bina tikintisi vətəndaşların bu ərazilərdən əmlak əldə etmək şansını xeyli aşağı salır. Saray qəsəbəsində də Ceyranbatanla eyni tendensiya müşahidə olunmaqdadır. Digər tərəfdən bu ərazilərdə hər bir realtor da kütləvi ev tikintisi ilə məşğul ola bilmir. Torpaq alıb kütləvi ev tikintisi ilə məşğul olan “maklerlər”in bir çoxu sözügedən qəsəbələrdə ev və bina tikintisi ilə bağlı şəxsən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovdan "icazə" alınmalı olduğunu qeyd edib. Onların sözlərinə görə, şəhər rəhbərliyi Corat və Tağıyev kimi inzibati olaraq Sumqayıta daxil olan qəsəbələrdən əlavə, Saray, Ceyranbatan və Novxanı ərazisində gedən tikinti işlərinə də nəzarət edir. Bu isə sözügedən ərazilərdə məskunlaşmaq istəyən insanlara ciddi problemlər yaradır.va
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…