İsrailin Beyrutu bombalaması nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahla birlikdə ölən Əli Karaki haqda faktlar yenidən gündəmə gəlib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Əli Karaki “Hizbullah”ın ən təcrübəli komandirlərindən biri kimi tanınıb. O, qruplaşmanın bir çox əməliyyatlarına şəxsən rəhbərlik edib.
Bunun fonunda Əli Karakinin adı Azərbaycanın cinayət işi arxivinə Bakıda terror aktı törətmək istəməsi ilə düşüb. Belə ki, 2008-ci ildə Livan vətəndaşları Əli Karaki, Nəcməddin Əli Hüseyn “Hizbullah” və “Əl-Qaidə” təşkilatlarının rəhbərləri tərəfindən təlimatlandırılaraq Azərbaycana göndəriliblər. Xüsusilə Əli Karaki Qəbələ RLS-i partlatmağı və bununla da xarici ölkələrin Azərbaycanla əlaqəsini kəsməyi planlaşdırıb. Dəstə üzvləri bir neçə dəfə Qəbələ RLS-in ətrafına getsələr də, planı həyata keçirməyə nail olmayıblar.
İttiham aktından məlum olur ki, Əli Karaki və digərləri 2008-ci il mayın 8-də İsrail dövlətinin yaranmasının 60 illik yubileyi günü bu dövlətin Bakıdakı səfirliyində də terror aktı törətməli imiş.
Belə ki, 2008-ci ilin aprelində Əli Nəcməddin Ə.Şükürovla İzmir küçəsində kirayələnən mənzilə 1 kiloqram 400 qram plastid adlı partlayıcı maddə, trotil şaşkası, 2 ədəd “EDP-8” tipli elektrodetonatoru və izləmə üçün əlavə durbin, “Soni” markalı videokamera aparıblar. Aprelin 30-da Əli Karaki Ə.Şükürova və Əli Nəcməddinə izləndiyini bildirib. Buna görə də özlərini şübhəli göstərməmək üçün sakitcə yaşadıqları ünvanlara gedib, sonrakı günlər ərzində gizli yollarla İrana qayıtmağı razılaşdırıblar.
Növbəti gün Əli Nəcməddin Əli Karaki ilə 28 May küçəsindəki aviakassaya gəliblər. Orada İrana təyyarə bileti almaqla qonşu dövlətə təyyarə ilə gedəcəyi təəssüratı yaratmaq istəyiblər. Daha sonra isə “20 Yanvar” metrosunun yanına gələrək Astaraya, oradan İrana getməyi planlaşdırıblar. Lakin “20 Yanvar” metrosunun yanında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Əl Nəcməddindən şübhələnib onu saxlayıblar. Sonradan dəstənin digər üzvləri də ölkəni tərk etmək istəyərkən həbs olunublar.
Dəstə üzvlərinin evlərində və kirayə yaşadıqları ünvanlarda aparılmış axtarış zamanı İsrail səfirliyinin, Qəbələ Radiolokasiya Stansiyasının yüksəklikdən çəkildiyi fotoşəkillər, Yəhudi Mədəniyyət Mərkəzinin video və fotogörüntüləri olan kaset və disklər, silah-sursat, partlayıcılar götürülüb.
Araşdırmaçı-tarixçi Tural Həmid yazır ki, o vaxt 15 il həbs cəzası alan Ə.Karaki sonradan İran və Azərbaycan arasında danışıqlardan sonra dəyişdirildi. Karaki bu müddət ərzində Hizbullahın üçüncü adamına qədər yüksəldi. 2024-cü il sentyabrın 27-də isə İsrailin Beyruta hücumu zamanı “Hizbullah” lideri Həsən Nəsrullahla birgə öldü.
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…