Dövlət Yol Polisi (DYP) havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə cari ilin oktyabr ayının 1-dən 31-dək respublika ərazisində “Təmiz hava” aylığı keçirəcək:
"Baş Dövlət Yol Polisi İdarəsi sözügedən tədbirlə əlaqədar nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.
Xatırladırıq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar".
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…