İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ikinci köç karvanı 28-29 oktyabr aralığında baş tutacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Cəbrayıl rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumatda deyilir.
Biləsuvar ərazisində yerləşən və əsasən cəbrayıllı vətəndaşlarımızın məskunlaşdığı qaçqın şəhərciyindən təxminən 10 ailənin də doğma yurda qayıdışı təmin ediləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdən ibarət ilk köç karvanı Cəbrayıl şəhərinə 36 ailənin köçürülməsi həyata keçirilib. Onlardan 10 ailə isə məhz qaçqın düşərgəsində uzun illərdir yaşayan sakinlər olub.
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var
- 19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto