Biləsuvarda Vətən müharibəsi veteranı vəfat edib.
BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, Cəlal Adıböyük oğlu Rəhimov bu səhər ürəktutmadan dünyasını dəyişib.
O, doğulduğu Biləsuvar rayonunda dəfn edilib.
40 yaşlı C.Rəhimov 2005-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Azərbaycan Ordusunun zabiti kimi cəbhə bölgəsində Vətənə şərəflə xidmət edib. Qüsursuz xidmətlərinə görə çoxsaylı orden və medallara layiq görülüb.
Mayor C.Rəhimov Vətən müharibəsində Füzuli, Xocavənd, Tuğ və Şuşa uğrunda qəhrəmancasına döyüşüb. Artilleriya komandiri olub.
Qeyd edək ki, veteran müharibədən sonra Şuşada yerləşən hərbi hissədə artilleriya divizionunun komandiri vəzifəsində çalışıb. Bir il idi ki, ehtiyata buraxılmışdı. Subay idi.
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
- FHN Gəncədə təlim keçirdi - Video
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı