Avropa Birliyinin (AB) rəsmi nümayəndəsi Peter Stanonun Ermənistanın silahlandırılmasına və Avropa Birliyinin Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinə haqq qazandıran qeyri-konstruktiv bəyanatını qətiyyətlə pisləyirik.
BUTA.TV xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bildirilib ki, sərhəd məsələlərini əhatə edən bir missiya olan EUMA-nın digər sərhəd ölkəsi ilə koordinasiya edilmədən genişləndirilməsi və mandatının uzadılması qeyri-dost addımıdır:
"Bundan əlavə, missiya etnik azərbaycanlılara qarşı ayrı-seçkilik, qərəz və etinasızlıq nümayiş etdirib. Belə ki, missiyanın mandatında münaqişənin sərhəd bölgələrində yaşayan insanların vəziyyətinə təsirini araşdırmaq məsələsinin qeyd edilməsinə və dəfələrlə müvafiq müraciətlər göndərməyimizə baxmayaraq, EUMA müntəzəm patrul etdiyi Ermənistanın sərhəd bölgələrindən qovulmuş azərbaycanlıların taleyinə biganə qalmışdır. Hərbiləşdirmə məsələsinə gəldikdə isə, vurğulayaq ki, həm AB, həm də onun üzv dövlətləri, ilk növbədə Fransa, Ermənistanın genişmiqyaslı silahlandırılmasını həyata keçirir. AB-nin “Avropa Sülh Fondu” vasitəsilə və digər yollarla etdiyi hərbi, maliyyə, inkişaf və iqtisadi yardımlar Ermənistanın Azərbaycanda on milyardlarla ABŞ dolları məbləğində dağıntılara səbəb olmuş təcavüzkar hərəkətlərinin mükafatlandırılması və onun Azərbaycana qarşı yeni hücumlara təhrik edilməsi kimi qiymətləndirilməlidir. AB-nin Azərbaycana mina təmizlənməsi ilə bağlı etdiyi cüzi miqdarda yardım isə Ermənistanın hərbiləşdirilməsinə edilən yardımın balansı kimi qələmə verilə bilməz".
Vurğulanıb ki, Ermənistan azacıq da olsa hərbi üstünlük hiss edən kimi, hərbi təcavüzə əl atır:
"Bu baxımdan, revanşist meyllərin güclü olduğu və təcavüzkar tarixçəyə malik Ermənistanın silahlandırılması suveren seçim kimi qiymətləndirilə və Azərbaycanın qanuni müdafiə tədbirləri ilə müqayisə oluna bilməz. Buna görə də biz AB-dən geosiyasi ayırıcı xətləri regiona gətirməməyi, Ermənistanın militarizmini gücləndirməyə son qoymasını və əvəzində Ermənistanın təcavüzünün dağıdıcı nəticələrinin aradan qaldırılması üçün Azərbaycana yardım göstərməsini tələb edirik".
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video