İranın Livandakı səfirliyi İsrailin Hizbullah qalası adlandırdığı yerə - Beyruta intensiv zərbələr endirməsini pisləyib və Yaxın Şərqdə təhlükəli eskalasiya barədə xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Arab Nyus” məlumat yayıb.
“Bu qınanılası cinayətdir... Oyun qaydalarını dəyişdirən təhlükəli eskalasiyanı ehtiva edir. İsrail lazımi cəzasını alacaq”, - deyə səfirlik bildirib.
Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, zərbə müharibə cinayəti sayılır və buna görə həm İsrail, həm də ABŞ məsuliyyət daşımalıdır.
Qeyd edək ki, zərbələr nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın məhv edildiyi iddiası yayılıb.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var